Beynəlxalq Cinayət Məhkəməsi(İCC) Fələstin ərazilərində mümkün hərbi cinayətlərlə bağlı istintaqa başlayıb.
Fələstin hökuməti İCC-nin yurisdiksiyasını bu ayın əvvəllərində tanıyıb və müraciət edib ki, iyun ayında İsrailin Qəzzadakı əməliyyatı başlayandan burda baş verənləri İCC araşçdırsın.
İsrail İCC-nin üzvü deyil. Bununla belə İsrail İCC-nin istintaqa başlamaqbəyanatını “qalmaqal” adlandırıb.
İsrailin xarici işlər naziri Avigdor Lieberman deyib ki, istintaq sırf siyasi motivlidir.
İCC-nin qərarını ABŞ da tənqid edir. Dövlət Departamentinin sözçüsü Jeff Rathke deyib ki, vətəndaşlarına minlərlə terrorçu raketi atılan İsrailin özünə qarşı istintaq faciəvi ironiyadır.