Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:14

Charlie Hebdo tirajı 7 milyona qaldırır


Charlie Hebdo satirik jurnalının yeni nömrəsi 7 milyon tirajla çıxacaq. Bu qərarı jurnal rəhbərliyi verib.

Yanvarın 14-də sonuncu nömrə 5 milyon tirajla çıxmışdı və 1 saat yarıma bütün tiraj satıldı.

Axırıncı nömrəyə xarici ölkələr də maraq göstərib. Almaniya jurnalın 55 min nüsxəsini alıb.

Media tarixçiləri Frans Pressə deyiblər ki, bu, Fransa mediası tarixində rekorddur.

Birinci dünya müharibəsi qurtaranda sülh müqaviləsi bağlanan gün Fransada bir nəşrinən böyük tirajı 2 milyon olub. De Gaulle öləndə tiraj rekordu 2,2 milyona qalxıb.

Hətta ABŞ-da 11 sentyabr terroru olanda Mond qəzetinin tirajı cəmi 1,2 milyona qalxa bildi.

Yanvrın 7-də Məhəmməd peyğımbərin karikaturasının nəşrinəetiraz edənlərin redaksiyaya hücumunda 12 adam öldü.Yanvarın 14-də axırıncı nömrə yenə Məhəmməd peyğəmbərin karikaturası ilə çıxıb.

XS
SM
MD
LG