Rusiya Federasiyasının İnquşetiya Respublikasında Məhəmməd Peyğəmbərin Qərb mətbuatında təhqir olunmasıa əleyhinə nümayiş olub.
Nümayişdə minlərlə adam iştirak edib.
İnquşetiya prezidenti Yunus-bek Yevkurov nümayişdə çıxış edərək deyib ki, təhqiredici karikaturaların dərc olunması bəzi Qərb ölkələrinin dövlət terrorizmidir.
Çeçenistanda eyni nümayiş yanvarın 19-na təyin olunub.
Çeçenistan prezidenti Ramzan Kadyrov həmin nümayişə 500 min adamın gələcəyini bildirir.