Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:36

Ukrayna ordusu 6 əsgərinin öldüyünü deyir


Foto arxiv
Foto arxiv

Ukrayna ordusu son sutka ərzində 6 əsgərinin öldüyünü, 18-nin yaralandığını deyir.

Ordunun sözçüsü Andriy Lysenkonun sözlərinə görə, rusiyapərəst separatçılar dağılmış Donetsk hava limanında bir neçə dəfə terminalı ələ keçirməyə cəhd göstəriblər.

Amma hücumların qarşısı alınıb.

Lysenkonun sözlərinə görə, separatçılar döyüşlərdə artileriya, tank, minaatan və raketlərdən istifadə edirlər.

Ötən ilin aprelindən Ukraynanın şərqində gedən döyüşlərdə 4700-dən çox adam ölüb.

Separatçı Donetsk hakimiyyəti isə ötən gecə gedən atəşmada 4 nəfərin öldüyünü deyirlər.

Yanvarın 16-da Minskdə Ukrayna,Rusiya, separatçılar və ATƏT nümayəndələrinin növbəti görüşü olmalıdır.

XS
SM
MD
LG