Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:31

Ədliyyə Nazirliyi Müsavatın qurultayının sənədləşdirmə prosedurunu yekunlaşdırıb


Foto arxiv

Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayının yekunlarına dair sənədləşdirilmə prosedurunu yekunlaşdırıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Elman Fəttah məlumat verib.

O bildirib ki, burda qeydiyyatdan söhbət getmir, sadəcə sənədləşdirmə prosedurudur.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayında Arif Hacılı partiyanın başqanı seçilib.

Lakin başqanlığa digər namizəd Qubad İbadoğlu və onun tərəfdarları qurultaydan əvvəl və qurultayın gedişində pozuntulara yol verildiyini bildirərək nəticələri şübhə altında qoymuşdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG