Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:01

Erməni ailəsini öldürən Rusiya əsgəri harda mühakimə olunacaq?


Foto arxiv
Foto arxiv

Ermənistanın baş prokuroru Gevork Kostanian bildirib ki, yanvarın 12-də Gümrüdə 6 nəfərlik ailənin qətlində şübhəli bilinən rusiya əsgəri Valery Permyakov ölkə ərazisində mühakimə olunacaq.

Əsgərə 20 il və ya ömürlük həbs cəzası kəsilə bilər.

Bəzi məlumatlarda isə Ermənistanın hüquq-mühavizə orqanlarının hazırda Rusiya tərəfi ilə müzakirələr aparıldığı bildirilir.

Valery Permyakov hazırda həbsdədir.

5-ci Rusiya qarnizonunun məhkəməsi ona qarşı qətl və fərrariliklə bağlı rəsmi ittiham irəi sürüb.

İkinci gündür ki, Gümrüdə etiraz aksiyası keçirilir.

Aksiyaçılar əsgərin Ermənistanda mühakimə olunmasını tələb edirlər.

XS
SM
MD
LG