Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:59

Azərbaycanda ABŞ-dakı demokratiyanın vəziyyəti haqqında ... dinləmə


.

AZƏRBAYCANDA ANTİ-AMERİKA DİNLƏMƏLƏRİ KEÇİRİLİR

qafqazinfo” xəbər verir ki, bu gün - yanvarın 15-da Bakıda ABŞ-la bağlı dinləmələr keçirilir. Dinləmələr QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutub.

Azay Quliyev
Azay Quliyev

Şuranın sədri, millət vəkili Azay Quliyev tədbirdə deyib:

"Son günlər, son aylar ABŞ-da bir sıra dövlət qurumları, dövlət institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığını əks etdirməyən bəyanatlardır.

Qeyri-hökumət təşkilatları tərəfindən bizə müraciətlər daxil oldu və biz də qərara gəldik ki, belə dinləmələr keçirək və görək ABŞ-da insan haqları nə vəziyyətdədir, Azərbaycanla bağlı belə bəyanatlar səsləndirməyin hansı əsasları var? ABŞ-da irqi və dini zəmində insan haqları pozulur. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?"

İlham Əliyev
İlham Əliyev

AZƏRBAYCAN QƏZETİNDƏN PREZİDENTƏ TƏRİFLƏR YAĞIŞI

“Ölkə başçısından növbəti humanist addım”. “Azərbaycan” qəzeti prezident İlham Əliyevin Tarif Şurasının 12 yanvar qərarını ləğv etməsini bu cür dəyərləndirir:

“Benzininin və dizel yanacağının qiymətinin cüzi şəkildə qalxmasından istifadə edən bəzi işbazlar dərhal heç bir əsas olmadan gündəlik tələbat mallarının qiymətini də süni şəkildə qaldırdılar. Ölkə başçısının böyük humanist addımı həmin “sahibkarlar”ın geniş əl-qol açmalarına imkan vermədi.

Cənab Prezident İlham Əliyev növbəti humanist addım atmaqla insan amilinə xidmət edən sosialyönümlü siyasətə sadiq qaldığını bir daha nümayiş etdirdi. Hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən ölkəmizin rəhbəri bir sıra məqamlarda spekulyasiyalar edən şəxslərin “özfəaliyyətinə” də son qoydu”.

​PREZİDENT PARLAMENT SEÇKİSİ QAYĞISINDA... 2 QƏPİKLİK ARTIM QƏRARININ LƏĞVİ

“Yeni Müsavat” da Tarif Şurasının ömrü iki gün çəkən qərarından yazır:

“Vətəndaşı narazı salan qərarı verənlər İlham Əliyevin müdaxiləsindən sonra benzinin qiymətindəki artımı dayandırdılar; iqtidar seçki ili kimi həssas dönəmdə ictimai rəyi öz əleyhinə kökləməyin hansı fəsadları ola biləcəyinin fərqindədir; hakimiyyət benzinin qiymətinin qalxması ilə müxalifətin “qızınma hərəkətinə” başladığını da görməmiş deyildi...”

Düzdür, Tarif Şurası qiymət artımı barədə qərar verərkən yol vergisinin ləğvini əsas kimi götürmüşdü. Ancaq ayrı-ayrı müstəqil ekspertlər 2 qəpiklik bahalaşma ilə bağlı qərarın verilməsini xalqa qarşı addım sayırdılar".

“Yeni Müsavat” Qərbin Azərbaycanda “rəngli inqilablar” hazırlaması haqda səslənən ehtimalları yada salır:

“Deməli, ölkədə hər an arzuolunmaz situasiyanın yarana biləcəyindən ciddi şəkildə ehtiyatlılıq mövcuddur. Rəsmi qəzetin dünyanın supergücünün prezidentinin ünvanına “ikiüzlü” yazdığı bir zamanda ehtiyatlı münasibət əslində anlaşılandır.

Görünür, dövlət başçısı total narazılığın kütləvi xarakter almaması üçün il ərzində bir yeraltı keçidin tikintisinə belə bəs etməyəcək miqdarda vəsaitə görə vətəndaşı narazı salan qərarı ləğv edib. Xüsusilə də ölkə başçısının ilk dəfə olaraq ilin gərgin keçəcəyi ilə bağlı açıqlama verməsi onda real durumla bağlı kifayət qədər informasiyaların olmasından xəbər verir.

Bir məsələni də qeyd etmək lazım gəlir. 2011-ci ildə “Ərəb baharı” baş verəndə də Azərbaycan hakimiyyəti ölkədə çox ciddi şəkildə antikorrupsiya prosesinə start vermişdi və proses şəxsən dövlət başçısının nəzarətində idi...

2015-ci ilin Azərbaycan üçün kifayət qədər gərgin keçəcəyi elə 2 qəpiklik qiymət artımının geri oxunması misalında da bir daha təsdiqlənmiş oldu”.

Arxiv fotosu: ABŞ dolları və Rusiya rublu
Arxiv fotosu: ABŞ dolları və Rusiya rublu

BAKIDAN RUSİYAYA UÇAN DOLLARLAR...

“Azərbaycandan Rusiyaya dollar axını. Şimal qonşumuzun əmlak bazarına ölkəmizdən sərmayə qoyuluşu manatın mövqeyini zəiflədə bilər”. Bunu isə “Azadlıq” qəzeti yazır:

“2014-cü ilin dekabrında Bakıda satışa çıxarılan qeyri-yaşayış obyektlərinin sayı əvvəlki ayla müqayisədə 10 faiz artıb. “MBA Consulting Group” şirkətinin məlumatına görə, dekabrda satışa çıxarılan obyektlərin sayı 206 ədəd olub. Noyabrda isə bu rəqəm 187 ədəd təşkil edib.

Bundan başqa, dekabrda kommersiya obyektləri bazarında 113 əqd bağlanıb. Bu, noyabrda olduğundan 2,6 faiz azdır.

Bəzi məlumatlara görə, əmlak bazarında belə vəziyyətin yaranması Rusiyada baş verən proseslərlə bağlıdır. Qeyd edək ki, rublun böhranı nəticəsində Rusiyada daşınmaz əmlakın qiyməti aşağı düşüb. Bu isə Azərbaycanda Rusiyada əmlak bazarına diqqəti artırıb. Bəzi məlumatlara görə, Azərbaycandan xeyli iş adamı buradakı obyektlərindən bəzilərini sataraq Rusiyada daşınmaz əmlaka sərmayə qoymağa başlayıb.

Ekspertlər hesab edir ki, bu Azərbaycan üçün təhlükəli tendensiyadır. “Azərbaycandan Rusiyanın əmlak bazarına sərmayə qoyuluşu ölkədən şimal qonşumuza dollar axını deməkdir. Bu proses sürətlənərsə Azərbaycanda dollar defisiti yarana bilər ki, bu da manatın mövqeləri zəifləməsini şərtləndirəcək. Artıq bu təhlükəni Mərkəzi Bank da etiraf etməyə başlayıb. Mərkəzin Bankın manatın psixiloji təsirlərə məruz qalması barədə açıqlamasının kökündə bu məsələ də dayanır.

Təkcə Rusiyanın əmlak bazarında deyil, texniki avadanlıq, avtomobil satışında da ucuzlaşma var. Bu da Azərbaycandakı iş adamlarının diqqətindən qaçmır və ölkədən Rusiyaya texniki avadanlıq və avtomobil almağa gedənlər də var”, - deyə ekspertlər bildirir.

XS
SM
MD
LG