Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 13:26

Pakistan parlamenti Peyğəmbərin karikaturlarını çap etməməyə çağırıb


Foto arxiv

Pakistan parlamentinin aşağı palatası Fransanın satirik Şarli Ebdu jurnalının Məhəmməd Peyğəmbərin karikaturlarını çap eləməsini pisləyib.

Yanvarın 15-də qəbul edilən qətnamə Avropa Birliyi başda olmaqla beynəlxalq aləmi bu cür hallara yol verməməyə çağırır.

Bundan sonra 50-ə yaxın deputat parlamentin qarşısında yürüş keçiriblər.

Şarli Ebdu jurnalı yanvarın 7-də redaksiyaya edilən hücumdan sonra yenidən yanvarın 14-də çıxan sayında Məhəmməd Peyğəmbərin karikaturlarını çap edib.

XS
SM
MD
LG