Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:45

İki tanınmış hüquq müdafiəçisinin məhkəməsi başlanır


-

Yanvarın 15-də və 16-da Azərbaycanda iki tanınmış hüquq müdafiəçisinin məhkəməsi başlanır. Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası yanvarın 15-də İntiqam Əliyevin isə 16-da keçirilir. Hər ikisi vergidən yayınmada ittiham olunur.

Beynəlxalq İnsan Haqları Federasiyası (FİDH) yanvarın 14-də yaydığı bəyanatda bildirir ki, bu məhkəmələr insan haqları müdafiəçilərini susdurmaq kampaniyası çərçivəsində ilk proseslərdir.

Qurumun nümayəndə heyəti yanvarın 4-dək 8-dək Bakıda olub, Rəsul Cəfərov və İntiqam Əliyevlə görüşməyə çalışıb. Görüş siyahısına həbsdə olan jurnalist Xədicə İsmayılova və hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Anar Məmmədli, Bəşir Süleymanlı və Hilal Məmmədov da daxil idi. Ancaq israrlı xahişlərə baxmayaraq, bu görüşlərə icazə verilməyib.

"Son aylar QHT-lər və onların rəhbərləri üzərinə böyük ağırlıq düşüb. Bu gün vətəndaş cəmiyyəti özünü senzuraya və repressiyaya məruz qalıb," bunu FİDH-nin vitse-prezidenti Tolekan Ismailova deyib.

Qurum Cəfərov və İntiqam Əliyevin məhkəmələrinə müşahidəçilər göndərəcək və yanvar missiyasına dair hesabat hazırlayacaq.

XS
SM
MD
LG