Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 00:09

Ukraynadakı müşahidəçilər avtobusun qradla vurulduğunu deyirlər


Foto arxiv

ATƏT-in müşahidəçiləri Ukraynanın şərqindəki sərnişin avtobusunun “Qrad”la vurulduğunu deyirlər.

Bu separatçıların avtobusun avtomat silahla atəşə tutulması versiyasını təkzib edir.

Ötən çərşənbə axşamı Donmasdan gələn sərnişin avtobusunun vurulması nəticəsində 12 dinc sakin ölüb, 13-ü isə yaralanıb.

Avtobus Donetsk əyalətində-Ukrayna ordusunun nəzarətində olan ərazidəki buraxılış məntəsəinin ətarında vurulub.

Müşahidəçilər avtobusun 12-15 metrliyində “Qrad” qurğusundan atılan raketin dəliyini aşkar ediblər.

Avtobusun özü isə raketin qırıntılarından deşik-deşik olub.

Ukrayna hakimiyyəti deyir ki, avtobusu rusiyapərəst separatçılar vurub.

Separatçılar isə bunu inkar edirlər.

Yanvarın 15-də Ukraynada matəm günüdür.

XS
SM
MD
LG