Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:44

FTB ABŞ Konqresinin binasına hücumun qarşısını aldığını bildirib


Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) Ohayo ştatında Vaşinqtonda Konqresin binasına hücum planlaşdırması söylənən bir nəfəri həbs edib.

Məhkəmə sənədlərində deyilir ki, Christopher Cornell ABŞ hökumət qulluqçularını qətlə yetirmək istəyirmiş.

Bu şəxs FTB-nin diqqətini İslam Dövləti kimi qruplara tvitter vasitəsilə dəstək bildirəndən sonra cəlb edib. O tvitterdə açdığı saxta hesabdan Raheel Mahrus Ubaydah adı ilə yazırmış.

Büro bildirib ki, bütün bu əməliyyat zamanı ictimaiyyət üçün təhlükə yaranmayıb.

Cornell ötən çərşənbə günü odlu silah aldıqdan az sonra həbs olunub.

Onun barəsində FTB-yə məlumat vermiş məxfi agent bildirib ki, Cornell İD-dənbirbaşa əmrlər almadığını, lakin öz təşəbbüsü ilə cihad açmağı planlaşdırdığını deyibmiş.

Ötən oktyabrda həmin agentlə görüş zamanı Cornell silah almaq istədiyini söyləyib, lakin planlarını açıqlamayıb.

İkinci görüş zamanı isə Cornell Vaşiqntona getmək, orada Konqress binasına əldəqayırma bombalarla hücum etmək və oradakı rəsmiləri öldürmək planından danışıb.

Cornell-i mağazadan iki M-15 avtomatı və 600 güllə aldıqdan sonra həbs ediblər.

XS
SM
MD
LG