Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 07:53

Rusiya səfiri Gümridəki qətliamı siyasiləşdirməməyə çağırır


Ivan Volinkin

-

Rusiyanın Ermənistandakı səfiri İvan Volinkin Gümridəki qətliamı siyasiləşdirməməyə çağırıb.

Gümridəki rus hərbi bazasının əsgəri 6 nəfərlik erməni ailəsini vəhşicəsinə öldürməkdə ittiham olunur. Onun Rusiya tərəfindən mühakimə olunması qərarı Ermənistanda etirazlarla qarşılanıb, yanvarın 14-də Gümrüdə və Yerevanda nümayişlərə çıxan yüzlərlə adam qətldə şübhəli bilinən rus əsgəri Permyakovun Ermənistan qanunları əsasında mühakimə olunmasını tələb ediblər.

Səfir Volinkin deyib ki, cinayəti törədənə ən ağır cəza verilməlidir. Amma bu, kriminal hadisədir və siyasi müstəviyə keçirilməməlidir.

Yanvarın 15-də Yerevanda rus səfirliyi önündə etiraz aksiyası gözlənir. Etirazçılar qətli törətməkdə ittiham olunan əsgərin Ermənistana verilməsini tələb edəcəklər. Artıq Gümridə analoji aksiya keçirilib.

Etirazçılar rus əsgəri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb edilər
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

XS
SM
MD
LG