Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:11

Sumqayıtda ölümlə nəticələnən partlayış baş verib


Foto arxiv
Foto arxiv

Sumqayıtda yaşayış evində ölümlə nəticələnən güclü partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 200 kv.m olan 2 mərtəbəli evdə partlayış və yanğın baş verib.

Yanğınsöndürənlər evin qızı Ülviyyə Bağırovanın cəsədini aşkar ediblər.

2 nəfər isə müxtəlif dərəcədə yanıq xəsarətləri alıb.

Yanğın söndürülüb, araşdırma gedir.

XS
SM
MD
LG