Prezident İlham Əliyevin tapşırığı ilə yanacağın qiyməti aşağı salındı.
Taarif şurası neft məhsullarının qiymətinə yenidən baxaraq , tariflərin qaldırılması ilə bağlı yanvarın 12-də qəbul etdiyi qərarı ləğv edib.
Qərar prezident İlham Əliyevin tapşırığı ilə şuranın yanvarın 14-də keçirilən iclasında qəbul olunub.
Bundan sonra neft məhsulları əvvəlki qiymətə satılacaq.
Qərara əsasən “Aİ-92” markalı benzinin 1 litri 70 , dizel yanacağının litri isə 60 qəpik olub.
Qərarbu il yanvarın 15-dən qüvvəyə minəcək.