Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:55

Serbiyanın baş naziri Aleksandar Vucicin yanvarın 14-də Kosovoya səfəri gözlənilir.

Onun rəhbərlik etdiyi nümayəndə heyəti köhnə yeni il, Ortodoks bayramını qeyd etmək üçün Kosovodakı serb regionlarına baş çəkəcək.

Amma səfər zamanı Kosovo liderləri ilə elə bir görüş nəzərdə tutulmayıb.

Kosovonun xarici işlər naziri Hashim Thaci bildirib ki, Priştina bu səfəri hümanitar və dini baxımdan təsdiqləyib.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq birtərəfli qaydada müstəqilliyini bəyan elədi.

Artıq onun müstəqilliyini xeyli dünya ölkəsi tanıyır.

Amma Serbiya və Rusiya başda olmaqla bir sıra ölkələr hələ də Kosovonu müstəqil dövlət kimi tanımır.

Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşması, Serbiyanın Avropa Birliyinə qoşulmasında əsas şərtlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG