Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:43

ABŞ ordusunun baş qərargahına aid Twitter və YouTube hesabları sındırılıb


ABŞ ordusunun baş qərargahına aid Twitter və YouTube hesabları "İslam dövləti" yaraqlılarını dəstəkləyən qrup tərəfindən sındırılıb.

BBC-nin məlumatına görə, hakerlərin qoyduğu mesajlardan biri belə olub: "Amerika əsgəri, biz gəlirik, özünü qoru".

Baş qərargah hazırda hücumun nəticələrinin aradan qaldırılması üçün "lazımi tədbirlər" gördüyünü deyir.

Hadisə ABŞ prezidenti Barack Obamanın kibertəhlükəsizliklə bağlı nitqi ilə eyni vaxta təsadüf edib.

Obama ABŞ-ın "Sony Pictures" şirkətinə kiber hücumdan sonra ölkə və onun iqtisadiyyatı üçün böyük təhlükə yarandığını deyib.

XS
SM
MD
LG