Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:16

Britaniya ABŞ-dan “Rusiya sualtı qayığını" tapmağı xahiş edib


"Trident" nüvə raketi daşıyan "Victorious" sualtı qayığı.
"Trident" nüvə raketi daşıyan "Victorious" sualtı qayığı.

Ehtimal olunur ki, Rusiya gəmisi "Trident" raketlərini daşıyan nüvə sualtı qayığını izləmək üçün gəlib.

Britaniyanın Müdafiə Nazirliyi Fasleyn hərbi dəniz bazasının yaxınlığında “dolaşan” sirli sualtı qayığın aşkar edilməsi üçün ABŞ hərbiyyəsinə müraciət etməli olub.

Ölkə mətbuatı xəbər verir ki, Rusiyaya məxsus olduğu güman edilən sualtı qayıq Şotlandiya sahillərinə yaxın sularda qeydə alınıb.

ABŞ Hərbi Hava Donanmasının iki təyyarəsi Kral Donanma Freqatı ilə birlikdə sualtı qayığın izlənməsini həyata keçirmək üçün göndərilib.

Argildəki Fasleyndə Britaniyanın “Trident” nüvə raketləri bazalanıb.

Bir sıra ekspertlər ABŞ-ı köməyə çağıran hökuməti 2010-cu ildə ölkənin “Nimrod” müşahidə təyyarələrindən ibarət 4 milyard funt sterlinqlik donanmasını ixtisar etməkdə günahlandırırlar.

Royal United Services araşdırma mərkəzindən Peter Roberts deyib ki, bu təyyarələrin maliyyə qənaəti xətrinə ləğv olunması indi ölkəni kənar təhlükələr qarşısında müttəfiqlərə möhtac qoyub.

Ekspertlər həmçinin güman edirlər ki, Rusiya sualtı qayığının bu sahədə görünməsi Britaniyanın Vangard tipli sualtı gəmisinin bazanı tərk etməsi ilə əlaqədar ola bilər.

Vangard gəmiləri nüvə başlıqlı “Trident” raketlərini daşıyırlar. Ehtimal olunur ki, Rusiya gəmisi Vangard sualtı qayığını izləmək üçün gəlib.

Lap kinodakı kimi

Xəbər verilir ki, Rusiya sualtı qayıqlarının bu ərazilərə gəlişi son vaxtlar tez-tez baş verir.

Bu hadisədən az əvvəl sözügedən bazada ABŞ Hərbi Hava Donanmasının iki “Orion” təyyarəsi, Kanada ordusunun “Aurora” və Fransanın “Dassault Atlantique” təyyarələri yerləşdirilib.

Bu hadisədən bir ay əvvəl İsveç öz sahillərində Rusiyaya məxsus olduğu güman edilən kiçik sualtı qayıq qeydə alındığını bildirmişdi.

Britaniya qəzetləri Rusiya sualtı qayığı barədə yayılmış xəbərlərlərlə əlaqədar“Qırmızı Oktyabrın ovunda” filmini yada salırlar.

Həmin filmdə Sean Connery-nin oynadığı sovet kapitanı öz nüvə sualtı gəmisi ilə birlikdə ABŞ-a qaçaq düşür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG