Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 18:23

Fransada daha 2 nəfər qətlə yetirilib


Foto arxiv

Fransa polisi ölkənin şərqində, Koşir ərzaq məhsulları satılan mağazada 5 nəfəri girov götürən 2 yaraqlının adlarını açıqlayıb.

Onlardan birinin 32 yaşlı Amedy Caulibali (Amedi Kulibali), digərinin isə 26 yaşlı qadın Hayat Boumeddiene ( Hayat Bumedin) olduğu bildirilir.

Həmin qadın da yanvarın 8-də Parisin cənubunda polis əməkdaşının qətlində şübhəli bilinir.

Polis onların silahlı və çıx təhlükəli olduğunu deyir.

Frans Press agentliyinin rəsmi mənbələrə istinadla mağazada azı 2 nəfərin öldürüldüyünü xəbər verir.

Onların yanvarın 7-də Parisdə Şarli Ebdu jurnalına silahlı hücum edən Cherif və Said Kouachi qardaşları ilə eyni qurupun üzvləri olduqları bildirilir.

XS
SM
MD
LG