Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:15

Fransa polisi ölkənin şimal-şərqində Şarli Ebdu jurnalının redaksiyasına hücumda şübhəli bilinən 2 nəfəri mühasirəyə alıb.

Onların əlində 1 girov olduğu bildirilir.

Rəsmilər sənayə müəssisəsində gizlənən və Cherif və Said Kouachi qardaşları olduğu güman edilən həmin şəxslərlə telefon əlaqəsi yaradıldığını deyir.

Polislər qonşuluqdakı məktəbdən 900 nəfərin təhlükəsiz köçürülməsinə çalışır.

Yanvarın 7-də Parisdə satirik Şarli Ebdu jurnalının redaksiyasına edilmiş silahlı hücumda 12 nəfər ölüb.

Bu hücumu Cherif və Said Kouachi qardaşlarının törətdiyi ehtimal olunur.

Əslən Əlcəzairdən olan qardaşlar Parisdə doğulublar.

XS
SM
MD
LG