Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:18

İranda Paris terroru qurbanlarına həmrəyliyik aksiyasının qarşısı alınıb


-

Tehranda jurnalistlərin nümayişinin qarşısı alınıb. Onlar Parisdə Charlie Hebdo qurbanları ilə həmrəylik aksiyası keçirməyə cəhd ediblər. Nümayiş cəhdi yanvarın 8-də baş verib. Aksiyanın keçirildiyi binada İranlı Jurnalistlərin Assosiasiyası yerləşirdi. 2009-cu ilin avqustunda keçmiş prezident Mahmud Ahmadinejad həmin təşkilatı bağlayıb.

Şahidlərin məlumatına görə, polis və təhlükəsizlik qüvvələri jurnalistlərin binanın qarşısında toplaşmasını əngəlləyib.

Prezident Hassan Rohani 2013-cü ilin iyununda seçkidə qalib gələndən sonra bəyan edib ki, İranlı Jurnalistlər Assosiasiyasının hüquqi bərpası üçün cəhd göstərəcək. O, Ahmadinejad rejimi dövründə bağlanmış digər peşəkar və ticarət birliklərinin də adını çəkib. Ancaq İranın mühafizəkar ədliyyəsi 2013-cü ilin oktyabrında 4 min üzvlük assosiasiyanın bağlanması prosesini davam etdirib.

XS
SM
MD
LG