Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:01

Parisdə daha bir polis öldürülüb


Foto arxiv
Foto arxiv

Parisin cənubunda atışmada yaralanan qadın polis keçinib.

Polis bunadək 2 nəfərin yaralandığını deyirdi.

Hələlik bu hücumun yanvarın 7-də Şarle Ebdu jurnalına edilmiş silahlı basqınla bağlı olub-olmaması bəlli deyil.

Polisin Frans-Presə verdiyi məlumata görə, polislərə zirehli gödəkcədə olan yaraqlı atəş açıb.

Daxili işlər naziri Bernard Cazeneuve hadisənin baş verdiyi Port de Şatiyon rayonuna gedib.

Hücum edən aradan çıxıb.

XS
SM
MD
LG