Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:24

Beynəlxalq aləm Parisdə törədilən terror aktını kəskin pisləyir


Foto arxiv
Foto arxiv

Fransanın paytaxtı Parisdə satirik Şarli Yebdu jurnalının ofisinə edilmiş silahlı hücumda ölənlərin sayı 12-ə çatıb.

Polis həmçinin 10 nəfərin yaralandığını və onlardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyir.

Agentliklərin məlumatına görə 2 maskalı və silahlıadam binaya soxulub və təxminən 5 dəqiqə atışma gedib.

Hadisə yerinə gələn prezident Francois Hollande bunun terror aktı adlandırıb.

Böyük Britaniyanın baş naziri Deyvid Kameron da parlamentdə çıxışında bu terror aktını kəskin pisləyib.

Həmçinin ABŞ,Almaniya və digər ölkələr bu terror aktını kəskin pisləyiblər.

Jurnalın əvvəlki redaksiyası da 2011-ci ilin noyabrındatamamilə yandırılmışdı.

Bu jurnalın həmin vaxt Məhəmməd Peyğəmbərin karikaturasını çap etməsindən sonra baş vermişdi.

Bundan sonra məhkəməyə verilməsinə baxmayaraq jurnal 2012-ci ildə yenidən Məhəmməd peyğəmbərin karikaturasını çap elədi və bu böyük etirazlara səbəb oldu.

XS
SM
MD
LG