Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 00:21

İstanbulda yaralanan polislərdən biri ölüb


İstanbulda partlayış

Yanvarın 6-da İstanbulda törədilən partlayışda yaralanan 2 polisdən biri xəstəxanada ölüb.

Ölümə gedən intiharçı qadın turizm mərkəzi olan Sultanəhməd məhəlləsində özünü partladıb.

Polisin məlumatına görə, o özünü nəzarət-buraxılış məntəqəsində saxlanarkən partladıb.

İstanbul Valisi Vasif Şahinin sözlərinə görə qadın ingilis dilində danışırmış.

Baş nazir Ahmet Davutoglu bildirib ki, hələlik bu hücum arxasında kimlərin durduğu bəlli deyil, araşdırma aparılır.

Yanvarın birində də qadağan olunmuş qruplardan birinin üzvü İstanbuldakı Dolmabağça sarayı ətrafına iki əl qumbarası atıb.

Amma qumbaralardan heç biri partlamayıb.

Polis həmin şəxsi dərhal yaxalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG