Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası keçiriləcək.
İşə hakim Eldar İsmayılov baxacaq.
Bu barədə Turana vəkil Fariz Namazlı məlumat verib.
Müdafiə tərəfi məhkəmədən Cəfərova bəraət verilməsini istəmək və iclasda
bir sıra vəsatətlər qaldırmaq fikrindədir.
Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.
Müdafiə tərəfi ittihamı rədd edir.
Amnesty İnternational təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.