Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:38

Naxçıvanda iki rayonun ərazisi dəyişdirilir


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqda qanunu təsdiq edib.

Qanuna əsasən Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük və Nəhəzir kəndləri Babək rayonunun inzibati ərazisinə daxil edilir.

Bununla yanaşı Culfa rayon ərazisində olan min hektar ərazi də Babək rayonuna birləşdiriləcək.

Bundan əvvəl Milli Məclis Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqda qanun qəbul etmişdi.

XS
SM
MD
LG