Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

Müdafiə nazirliyi Azərbaycan ordusunun itki vermədiyini deyir


Foto arxiv
Foto arxiv

Azərbaycanın Müdafiə Nazirliyi cəbhə bölgəsində Azərbaycan ordusunun itkilər verməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatları rədd edib.

Ermənistanın kütləvi informasiya vasitələri cəbhə bölgəsində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun 3 nəfər itki verməsi barədə məlumatlar yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatın yalan və dezinformasiya olduğunu bildirib.

XS
SM
MD
LG