Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

Bu il İranda 16 nəfər asılıb


Bu il başlanandan İranda azı 16 nəfər edam olunub. İranın Fars xəbər agentliyinin yanvarın 4-də yazdığına görə, zorlamada təqsirli bilinən üç nəfər şimal-şərqi Torqabeh şəhərində asılıb. Həmin şəxslərin ədliyyə rəsmilərinin iştirakıyla, açıq şəkildə edam olunduğu bildirilir.

ABŞ-da mənzillənən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yanvarın 4-də xəbər verib ki, yanvarın 1-də 13 nəfər edam olunub. Onlardan yeddisi Şehab həbsxanasında saxlananlardır, narkotik maddə ittihamıyla təqsirli biliniblər. Elə həmin gün Bam həbsxanasında dörd qadın məhbus da narkotik ittihamıyla edam edilib.

Bəsic yarımhərbi qüvvələrinin 22 yaşlı üzvü isə qadına hücumda və Allahla müharibə etməkdə təqsirli bilinərək asılıb.

XS
SM
MD
LG