"Son günlər atəşkəsin pozulması və itkilər haqda gələn xəbərlər bizi qayğılandırır.
Bu toqquşmalar Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ probleminin dinc yolla həllinə nail olmaq haqda öhdəliklərinə uyğun gəlmir" - ABŞ Dövlət Departamentinin təmsilçisi Jen Psaki Azərbaycan-Ermənistan ordularının təmas xəttində vəziyyətin gərginləşməsinə münasibətini bildirərkən deyib