Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 17:57

Odessada güclü partlayış olub


Yanvarın 4-də gecə Ukraynanın cənubundakı Odessa şəhərində, rusiyayönlü separatçılarla döyüşən hərbi qüvvələrə yardımın koordinasiya olunduğu bina yaxınlığında partlayış baş verib.

Həmin binada Ukrayna döyüşçülərinə yardım göstərən sosial təşkilatların koordinasiya mərkəzi yerləşir.

Hökumətyönlü Avtomaidan Odessa qrupu facebook səhifəsində bildirib ki, partlayışda xəsarət alan olmayıb.

Binanın şüşələrinin çoxu qırılıb, bina yaxınlığında saxlamış maşınlara ziyan dəyib.

Cinayət işi açılıb.

Yanvarın 3-də Odessa-Peresip dəmiryol stansiyasında partlayış baş vermişdi. Təhqiqatçılar həmin partlayışı "terror aktı" adlandırıb.

XS
SM
MD
LG