İslam Dövləti yaraqlılalrı Şimali İraqda 170 kişini tutub-aparıblar.
İraqın kəşfiyyat zabiti yanvarın 3-də bildirib ki, həmin şəxslər Kərkükün Al-Shajara və Gharib kəndlərinən oğurlanıb, aparılıb. Hadisə ərazidə iki İslam Dövləti bayrağı yandırılandan sonra baş verib.
Bu, İD-nin iyundan bəri İraqda nəzarət etdiyi ərazilərdəki müqaviməti əzmək üçün etdiyi ilk kütləvi adam oğurluğu deyil.
Qrup İraq və Suriyada xeyli adamı edam edib