Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 21:11

ABŞ səfirliklərini partlatmaqda şübhəli bilinən al-Ruqai vəfat edib


1998-ci ildə Şərqi Afrikada Amerika səfirliklərini partlatmaqda şübhəli bilinən "Əl-Qaidə" lideri Nazih Abdul-Hamed al-Ruqai, (digər adı Abu Anas al-Libi) Nyu-Yorkdakı hospitalda vəfat edib.

Onu 2013-cü ildə Liviyada həbs edib ABŞ-a gətirmişdilər.

ABŞ rəsmiləri onun səhhətində uzun müddətdən bəri mövcud olan problemlərdən öldüyünü deyirlər.

50 yaşlı Ruqai həbs edilənəcən başına 5 milyon dollar pul qoyulmuşdu.

Nyu-Yorkda onun məhkəməsi olmalı idi.

XS
SM
MD
LG