Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:56

Neftin qiyməti 1 dollar da düşdü


Brent markasından olan xam neftin bir barrelinin qiyməti cümə günü ərzində az qala bir dollar ucuzlaşıb.

Neft qiymətini bir barrel üçün 91 sent itirdikdən sonra onun hazırkı qiyməti 56, 42 dollardır.

Birja ticarəti zamanı qiymət müəyyən saatlarda hətta 55, 48 dollara enibmiş.

United-ICAP şirkətindən analitik Walter Zimmerman Reuters agentliyinə bildirib ki, neftin qiymətinin bundan sonra da enəcəyini gözləmək olar.

Onun sözlərinə görə, qiymət həmin həddə enməmiş neft ixracatçıları istehsalı azaltmayacaqlar.

XS
SM
MD
LG