Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:41

Ukraynaın ən böyük televiziyası tənqid altındadır


Ukraynanın ən böyük televiziya kanalı Yeni il gecəsi konsertində separtaçıları dəstəkləyən Rusiyanın məşhur müğənnilərinin mahnılarını verdiyinə görə tənqid altındadır.

Milli Təhlükəsizlik Şurasının katibi Oleksandr Turchinov Milli Televiziya Şurasını İnter kanalını cəzalandırmağa çağırır.

Tyurchinov İnter kanalını Ukrayna əleyhinə işləməkdə ittiham edib.

Ukraynanın informasiya siyasəti naziri Yuriy Stets deyib ki, yeni qanun qəbul olunacaq və bu qanun Rusiya müğənnilərini Ukraynada yayıma buraxmayacaq.

Yeni il gecəsi İnter televiziyası İosif Kobzon, Valeriya, Oleq Qazmanov və Nikolay Baskovun mahnılarını vermişdi.

XS
SM
MD
LG