Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:41

Fransa iqtisadçısı Fəxri Legion Ordenindən imtina etdi


Britaniya əsilli Fransa iqtisadçısı Thomas Piketty.
Britaniya əsilli Fransa iqtisadçısı Thomas Piketty.

Məşhur Fransa iqtisadçısı Thomas Piketty Fransanın yüksək mükafatı - Legion D'Honneur ordenindən imtina edib.

O deyib ki, bu ordenin hökumət tərəfindən verilməsi proseduruna qarşıdır.

Onun cəmiyyətdə gəlir bərabərsizliyindən söz açan kitabı ABŞ-da bestseller siyahısında ən yüksək yeri tutub.

Müxbirlər bildirirlər ki, Fəxri Legion Ordenindən imtina bu mükafatın tarixində nadir hadisədir.

Bir zamanlar Fransa prezidenti Francois Hollande-ın sosialist partiyasına yaxın olmuş Piketty hazırda bu hakimiyyətin qatı tənqidçisidir.

Britaniya əsilli Thomas Piketty-nin “Kapital” kitabı 500 min tirajla satılıb.

Nobel mükafatı laureatı, iqtisadçı Paul Krugman bu əsəri “ilin ən mühüm iqtisadiyyat kitabı” adlandırıb.

Ötən il karikaturaçı rəssam Jacques Tardi də Legion D'Honneur oedenindən imtina etmişdi.

Mükafatdan imtina etmiş digər şəxslər isə filosof Jean-Paul Sartre və radiologiyanın əsasını qoyanPierre və Marie Curie-lərdir.

XS
SM
MD
LG