Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:47

CNN Rusiyada yayımını dayandırır


CNN televiziya kanalı dekabrın 31-dən Rusiyada yayımını dayandırır.

Amma informasiya kanalının sahibi Turner Broadcasting System International (TBS) şirkətinin nümayəndələri CNN-nin Moskva bürosu informasiya xidmətinin işini davam etdirəcəyini deyirlər.

TBS hələ noyabrda kanalın Rusiyada yayımı dayandıracağını bəyan eləmişdi.

Şirkət rəhbərliyi bunun səbəbini yerli qanunvericilikdə edilən dəyişikliklərlə izah edir.

Buna misal kimi xüsusi ilə də 2015-ci ildən pullu kanallarda rekalmların qadağan edilməsi göstərilir.

CNN Televiziya Kanalı 1980-ci il iyunun 1-də yaradılıb.

212 ölkədə yayımlanan kanal tamaşaçı auditoriyasına görə, Avropa, Yaxın Şərq, Afrika və Cənubi Amerikada liderdir.

XS
SM
MD
LG