Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 19:45

İki "Oscar"lı aktrisa 104 yaşında vəfat etdi


Luise Rainer

-

Tanınmış Hollywood aktrisası Luise Rainer 104 yaşında vəfat edib.

1936-37-ci illərdə "Oscar"a layiq görülmüş Rainer qısa zamanda məşhurlaşsa da, ulduzu tez sönüb. Son böyük filminə 1943-cü ildə çəkilib.

Aktrisa daha sonra Londonda məskunlaşıb və müharibədən sonra ara-sıra filmlərə çəkilib.

Rainer-in karyerasının qürubu MGM studiyası ilə dalaşandan sonra başlanmışdı.

Rainer studiyanı ona sənətçi kimi azadlıq verməməkdə və istəmədiyi filmə məcburən çəkmək istəyində ittiham etmişdi.

Xüsusən də "Zəng kiminçün çalınır" filmindəki rolu sonralar dünyanın ən məşhur aktrisalarından olacaq İngrid Bergman-a uduzandan sonra Rainer studiya ilə müqaviləsini pozmuşdu.

Luise Rainer
Luise Rainer

Rainer-in çəkildiyi "İmperatorun şamdanı" filminin afişası
Rainer-in çəkildiyi "İmperatorun şamdanı" filminin afişası

Ingrid Bergman
Ingrid Bergman

Günün bütün mövzuları

XS
SM
MD
LG