Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

Moskva hakimiyyəti Navalny-nın tərəfdarlarına xəbərdarlıq etdi


Alexei və Oleg Navalny qardaşları
Alexei və Oleg Navalny qardaşları

Moskva hakimiyyəti müxalifət lideri Aleksei Navalny-nın tərəfdarlarına xəbərdarlıq edib.

Xəbərdarlıqda bildiri ki, bütün icazəsiz nümayişlərin qarşısı hüquq-mühavizə orqanları tərəfindən alınacaq.

Aleksei Navalny dekabrın 30-da ona hökm oxunduqdan sonra rusiyalıları küçələrə çıxmağa çağırıb.

Moskva məhkəməsi dekabrın 30-da Aleksei Navalny-ya 3 il yarım şərti, qardaşı Oleg Navalny-ya isə 3 il həbs cəzası kəsib.

Navalny qardaşları Fransanın “İv Roşe” kosmetika şirkətindən təxminən 450 min dolları mənimsəməkdə ittiham olunurlar.

Prokuror Aleksei Navalny-ya 10, qardaşına isə 8 il iş istəmişdi.

Navalny ittihamı rədd edir və hökmün siyasi sifariş olduğunu deyir.

Navalny prezident Vladimir Putinin sərt tənqidçilərindən biridir.

XS
SM
MD
LG