Rusiyanın müxalifət siyasətçisi Aleksei Navalny rusiyalıları küçələrə çıxmağa çağırıb. Məhkəmə hökmündən sonra
məhkəmə binasının qarşısında çıxış edən Navalny deyib:”Bu rejimin yaşamağa haqqı yoxdur. Bu rejim dağıdılmalıdır. Mən hər bir kəsi bu gün küçəyəçıxmağa çağırıram”.
Məhkəmə Aleksei Navalny-ya 3,5 il şərti cəza verdi. Onun qardaşı Oleq Navalny isə 3,5 il həbs cəzası aldı.
Navalny heç bir cinayət törətmədiyini, ona qarşı cinayət işinin siyasi təqib olduğunu bildirir.