Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 19:12

“Ən yaxşı nağıl” müsabiqəsinin qalibləri mükafatlandırıldı


Qaliblər

-

“Nar Mobile” mobil operatoru ilə “Day.az” xəbər portalının birgə elan etdiyi “Ən yaxşı nağıl” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Şirkətdən AzərTAc-a bildirilib ki, “SS Production” şirkətinin tərəfdaşlığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə təşkil edilmiş müsabiqənin qalibi “Divə qalib gəlmiş Elşən” nağılının müəllifi Elman İsayev olub.

İkinci yeri Vüqar Haqverdiyevin qələmə aldığı “İbişin nağılı” tutub. Nərgiz Süleymanovanın “Azər və qızılpapaq” nağılı isə üçüncü yerə layiq görülüb.

Mobil operator ilk yerin sahibini “iPhone 5S” ilə mükafatlandırıb, 2-ci və 3-cü yeri tutan qaliblərə isə “iPad mini” (16 GB) və “Samsung” mini-tableti təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG