Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 15:45

Azərbaycanda 9 Olimpiya və idman kompleksi tikilir


Azerbaijan. Baku. Baku European Games logo

“I Avropa Oyunları ilə əlaqədar Bakıda böyük idman infrastrukturu yaradılır”.

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda çimərlik voleybolu, çimərlik futbolu və basketbolu, yarışların keçiriləcəyi Avropa Oyunları Parkını, Su İdman Sarayı, açılış və bağlanış mərasimləri, eləcə də atletika idman növü üzrə 68 000-lik futbol stadionu və bir çox komplekslər inşa edilir.

Azad Rəhimov qeyd edib ki, hazırda ümumilikdə 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır.

2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçiriləcək.

XS
SM
MD
LG