Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:21

New York Times:"hakimiyyət tərəfdarları inqilabdan, küçə nümayişlərindən narahatdır"


New York Times qəzeti yazır ki, Azadlıq Radiosunun Bakıdakı jurnalistləri həftəsonu dindirilmək üçün 12 saatlığa saxlanıblar.

“İşdən sonra” proqramının aparıcısı Kamran Mahmudov Mənzilindən polisə ev paltarında aparılıb.

Qəzet yazır ki, prezident İlham Əliyevin tərəfdarları xaricdən maliyyələşən təşkilatların Bakıda Ərəb Baharı kimi inqilab edəcəyi və ya Ukraynadakı kimi küçə nümayişləri ilə hakimiyyəti devirə biləcəyi barədə xəbərdarlıq edirlər.

Bundan başqa hökumət bir sıra QHT-ləri Ermənistanla əməkdaşlıq etməkdə günahlandırır.

Hakim Yeni Azərbaycan partiyasından Siyavuş Novruzov deyir: “Xarici kəşfiyyatın və erməni lobbisinin işlədiyi hər bir yer aaraşdırılmalıdır”.

XS
SM
MD
LG