Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:04

İndoneziya AirAsia sərnişin təyyarəsini Yava dənizində axtarır


Foto arxivdəndir.
Foto arxivdəndir.

İndoneziya AirAsia hava şirkətinə məxsus itmiş sərnişin təyyarəsinin axtarışını Yava dənizində davam etdirir.

Göyərtəsində 162 sərnişin olan Airbus təyyarəsi tufandan yan keçmək üçün dispetçerin icazəsini ala bilmədikdən sonra radarlardan yoxa çıxıb.

İndoneizyanın Surabaya şəhərindən Sinqapura uçan QZ8501 nömrəli reysin qəzaya uğradığı güman edilir.

Sinqapur rəsmiləri bildirirlər ki, axtarış işləri üçün iki gəmi göndərilib.

Avstraliyaya məxsus P3 Orion müşahidə təyyarəsi də axtarışa qoşulub.

AirAsia şirkəti səhmlərinin 49 faizi Malayziya hökumətinə məxsusdur.

Ucuz təyyarə biletləri satan şirkətin həmçinin Tayland və Filippində ofisləri var.

Rəsmilər bildirirlər ki, uçuşun səmtini dəyişmək üçün dispetçerin icazəsi hava məkanındakı nəqliyyat sıxlığı ilə bağlı gecikib.

XS
SM
MD
LG