Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:19

BMT Pakistanı edama moratoriumu bərpa etməyə çağırıb


Ban Ki-moon
Ban Ki-moon

BMT-nin baş katibi Ban Ki Moon Pakistanı ölüm hökmünün icrasına moratoriumu bərpa etməyə çağırıb.

Təşkilatın sözçüsü Stephane Dujarric Ban Ki Moonun dekabrın 26-da Pakistanın baş naziri Nawaz Shariflə danışdığını deyir.

O harifi ölüm hökmünün icrasını dayandırmağa çağırıb.

Nawaz Sharif ölkəsinin bütün hüquq normalarına əməl edəcəyini vəd etsə də moratoriumun bərpası barədə heç nə deməyib.

Pakistanın baş naziri Nawaz Sharif dekabrın 16-da Pişəvərdə hərbi məktəbə edilmiş hücumdan sonra ölüm hökmünə qoyulmuş moratoriumu ləğv edib.

Talibançıların həmin hücumu zamanı 142 məktəbli və 9 müəllim öldürülüb.

Moratoriumun ləğvindən sonra başqa terrorçuluqda ittiham olunan 6 nəfər edam edilib.

Ölkənin daxili işlər naziri Chaudhry Nisar Ali Khan dekabrın 21-də bildirib ki, hazırda ölkədə 500-dək belə məhbus var və yaxın həftələrdə onlar edam olunacaqlar.

XS
SM
MD
LG