Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 08:05

Apellyasiya məhkəməsi Pərviz Həşimlini həbsdə saxladı


Pərviz Həşimli

-

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsində «Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimlinin şikayətinə baxıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 15 may tarixli hökmü ilə onu 8 il azadlıqdan məhrum edib. Apellyasiya şikayətində P.Həşimliyə bəraət verilməsi istənilirdi.

Apellyasiya məhkəməsi jurnalistin şikayətini təmin etməyib.

P.Həşimli 2013-cü ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Pərviz Həşimli ittihamları rədd edir.

İnsan haqlarını müdafiə təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.

XS
SM
MD
LG