Futbol ulduzu Zlatan İbarhimovic İsveçin bütün tarixi boyu ikinci ən böyük idmançısı hesab olunub.
Sorğunu Dagens Nyheter qəzeti keçirib.
İbrahimovic isə ikinci yerə sevinmir. O deyib ki, "finişə ikinci gəlmək axırıncı olmaqdır."
Sorğuda birinci yeri isə əfsanəvi tennis çempionu Bjorn Borg tutub. Borg 11 Böyük Dəbilqə yarışlarını udub. 1979-1981-ci illərdə 109 həftə dalbadal dünya tennis reytinqinə başçılıq edib.
Ibrahimovic etiraf edib ki, Borg “canlı əfsanə” olub.