Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

Avropada kök insanlara münasibət dəyişir


-

Bundan sonra köklükdən əziyyət çəkən avropalılar əlillərə bərabər tutulacaq. Avropa Məhkəməsinin qərarı belədir.

Dekabrın 20-də verilən qərarda deyilir ki, “əgər artıq çəki insanın peşəkar həyatda digər işçilərlə bərabər əsasda tam və effektiv iştirakına imkan vermirsə, onda artıq çəkisi olan şəxs əlilə bərabər tutulmalıdır”.

Avropa Məhkəməsinin qərarı Avropa Birliyinin üzvü olan 28 ölkənin hər birində məcburidir.

Qərara səbəb isə danimarkalı Karsten Kaltoftun Avropa məhkəməsinə şikayəti olub. 160 kq çəkisi olan Kaltoft uşaq bağçasında işləyirdi. O, artıq çəkisinə görə, uşaqların ayaqqabılarının bağını bağlaya bilmirdi. Buna görə onu işdən çıxarıblar.

O, şikayət edirdi ki, onun işdən çıxarılması artıq çəkiyə görə diskriminasiyadır.

Eurows.com bildirir ki, indi məhkəmə qərarından sonra Kaltoftun sözlərinə görə, artıq çəkisi olanlar özlərini daha müdafiəli hiss edəcəklər. “Sizi köklüyə görə heç kim işdən qova bilməyəcək”.

Avropa Məhkəməsi Avropa qadınlarının 23, kişilərinin 20 faizinin marağını nəzərə alıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada çəkisi normadan artıq olan qadınlar və kişilər məhz bu qədərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG