Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:35

Hindistanda partlayışda 3 adam ölüb


Hindistanın cənub-şərqindəki partlayışda 3 nəfər ölüb

Dekabrın 21-də Hindistanın cənub-şərqində Manipur vilayətinin paytaxtı İmpalda əldəqayırma bomba partladılıb. Avtobus dayanacağı stansiyasına yerləşdirilən bombanın partlaması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis rəis İbomcha Singh bildirir ki, ölənlər stansiyanın işçiləri olub. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Hələki hər hansı qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib.

Manipur vilayətində azı 17 separatist qruplaşma var. Onlar tez-tez hökumət qüvvələrinə hücumlar təşkil edir.

Onların Manipur vilayəti üçün muxtariyyət və xalqlarının müstəqilliyini tələb edirlər.

XS
SM
MD
LG