Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 21:05

Azərbaycanlı girovlara dekabrın 29-da hökm oxunacaq


«Onların Kəlbəcərə gedib gəlməsi adi haldır»
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

«Onların Kəlbəcərə gedib gəlməsi adi haldır»

-

İşğal altındakı Dağlıq Qarabağda saxlanılan Dilqəm ƏsgərovŞahbaz Quliyevə «məhkəmə» hökmünün oxunacağı vaxt bəlli olub.

Erməni mediasının məhkəməyə istinadən yaydığı məlumata görə, hökm dekabrın 29-da veriləcək.

Ötən prosesdə - dekabrın 19-da çıxış edən «prokuror» Karen Gabrielyan D.Əsgərova ömürlük həbs cəzası, Ş.Quliyevin isə 22 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İşğalçı rejim Şahbaz Quliyev və Dilqəm Əsgərovu bu ilin iyul ayında Kəlbəcərdə girov götürüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə həmin vaxt öldürülüb. Onun meyiti qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.

Oktyabrın 27-dən «məhkəməyə» çıxarılan 46 yaşlı Şahbaz Quliyev və 54 yaşlı Dilqəm Əsgərov casusluqda, «sərhəd»i qanunsuz keçməkdə və qanunsuz silah daşımaqda ittiham edilirlər.

XS
SM
MD
LG