Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:28

ABŞ Krımı iqtisadi blokadaya alır


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama Ukraynanın Krım regionuna qarşı sanksiyaların tətbiqi haqda fərman imzalayıb.

Tam mətni ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən fərmana əsasən, Amerika məhsulları, texnologiyaları və xidmətlərinin Krıma ixracı qadağan olunur.

Krıma investisiya qoyuluşlarına, ordan mal və xidmət idxalına da bundan sonra icazə verilmir.

Prezident Obama-nın bəyanatında deyilir ki, bu addım ABŞ-ın mövqeyini – Krımın Rusiyaya birləşdirilməsini tanımadıqlarını təsdiqləmək üçün atılıb.

«Mən bir daha Rusiyanı işğalı və Krımı ilhaq etmək cədlərinə son qoymağa, şərqi Ukraynada separatçılara dəstəyi dayandırmağa və Minsk razılaşmalarına uyğun olaraq öhdəliklərini yerinə yetirməyə çağırıram», - Barack Obama-nın bəyanatında deyilir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, sanksiya siyahısına ümumilikdə 24 Rusiya və Ukrayna vətəndaşı və bir neçə şirkət daxil edilib. Onların arasında rusiyalı biznesmen Konstantin Malofeev-in rəhbərlik etdiyi «Marshall Capital Partners» investisiya firması da var.

XS
SM
MD
LG