Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 06:16

Nobel prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşacaq


Nobel prospekti

Bakının Nobel prospektində nəqliyyatın hərəkəti bir neçə saatlıq qismən məhdudlaşdırılır.

Bunu APA-ya Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P. Mürsəliyev bildirib ki, saat 11:30-dan etibarən yolun üfüqi nişanlanması işləri ilə əlaqədar olaraq adıçəkilən prospektin şəhərin mərkəzi istiqamətində (Bakı Ağ Şəhər layihəsinin qarşısında) 300 metrlik məsafə qismən bağlı olacaq.

İşlərin 2 saat ərzində yekunlaşdırılacağı nəzərdə tutulub.

XS
SM
MD
LG